COP29

"Qarabağ" ilk transfer üçün nə qədər təzminat ödəyib?

11 İyun 13:00 Qarabağ 2 498
"Qarabağ" ilk transfer üçün nə qədər təzminat ödəyib?

"Qarabağ" 2024/2025 mövsümü öncəsi ilk transferini reallaşdırıb.

Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.

Almaniya vətəndaşlığına malik xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.

2013-cü ildən “Ştutqart”da yetişən qapıçı U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabian 2022-ci ildə “Vizela”ya yollanıb.

Son mövsümdə bütün turnirlərdə 32 matça 62 top buraxan 27 yaşlı kiper əvvəllər Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.

“Qarabağ” transfer dəyəri 600 min avro göstərilən legioneri havayı əldə etməyib. Portuqaliyanın yüksək liqasında 17-ci yeri tutan və aşağı dəstəyə yuvarlanan “Vizela”ya ödəmə olunub.

Çünki balkanlının onlarla sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. Təzminatın məbləği heç də az deyil - 300-350 min avro civarında.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti