"Klubla danışdıq, davam etməyim məsləhət görüldü"

22 Yanvar 2021 14:00 Sabah 779
"Klubla danışdıq, davam etməyim məsləhət görüldü"

Azərbaycan Premyer Liqasında qış fasiləsi dünən başa çatıb.

Sportinfo.az xəbər verir ki, mövsümün ikinci hissəsi XIV turun matçları ilə başlayıb.

Son çempion “Qarabağ” Masazırda “Sabah”ın qonağı olub. Qurban Qurbanovun komandası erkən qolla hesabı açıb. Fasilədən sonra meydan sahibləri bərabərlik qoluna imza atsa da, Mahir Emreli ağdamlıları xal itkisindən xilas edib.

Məğlubiyyətə rəğmən, Visente Qomez "Sabah"ın sükanı arxasını tərk etməyə hazırlaşmadığını bildirib: "Bu cür nəticələr olanda insanın ağlına hər şey gəlir.

Klubla danışdıq, davam etməyim məsləhət görüldü. Mənə görə, futbolda faciə yoxdur. Faciə müharibədir. Sadəcə, oyunumuz alınmır".

Digər Xəbərlər
Xəbər Lenti