Lənkəranda yeni klubu kimlərin yaratdığı ÜZƏ ÇIXDI

3 Noyabr 2023 11:40 Region Liqası 5 377
Lənkəranda yeni klubu kimlərin yaratdığı ÜZƏ ÇIXDI

Lənkəranda yeni yaradılan eyniadlı klubun kimlər tərəfindən yaradıldığı məlum olub.

Region Liqasında mübarizə aparacaq cənub təmsilçisini 2 şəxs təsis edib.

Onlardan biri «Xan Lənkəran»dan tanıdığımız Rəhman Abbasovdur. Vaxtilə bu klubda vitse-prezident postunu tutmuş Abbasov təqaüddə olan polis əməkdaşı və Qarabag qazisidir.

Biz onu «Xətai» uşaq futbol klubunun təsisçisi və sponsoru kimi də xatırlayırıq. İndi isə Rəhman bəy «Lənkəran»ın həm də prezidentidir.

Lənkəranda yeni klubu kimlərin yaratdığı ÜZƏ ÇIXDI

«Lənkəran»ın digər təsisçisi Emin Fərzullayevdir. Sözügedən şəxs Lənkaran Dram Teatrının aktyoru və texniki işlər üzrə direktor mavinidir.

«Xan Lənkaran»ın idman direktoru, vitse-prezidenti və təsisçisi olub. Yeni klubda vitse-prezident vəzifəsi ona tapşırılıb.

Rəhbərlikdə həmçinin qadın funksioner də yer alıb. İş adamı Dilşad Əhədova vitse-prezident postuna gətirilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti