
Region Liqasında yeni kollektiv peyda olub.
«Gənclər» bu sezon çempionatda debüt edəcək.
2020-ci ildə Bakıda yaradılmış futbol məktəbinin komandası AFFA-nın qeydiyyat prosesindən keçib.
Həmçinin «Şəki» və «Mübarizlər»in sözügedən yarışda qüvvəsini sınayacağı dəqiqləşib.
Bu gün Region Liqasının 2023/2024 mövsümünün püşkü atılacaq. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın iclas zalında təşkil olunacaq.
AFFA Region Liqasında ümumilikdə 39 komanda mübarizə aparacaq. Klublar 4 zona üzrə çıxış edəcəklər.
İştirakçılardan 18-i turnirdə debüt edəcək. Püşkatmadan bir həftə sonra yeni mövsümün startı planlaşdırılır.
SPORTİNFO.AZ