Azərbaycanda 8 yaşlı klub ilk dəfə çempionatda iştirak edəcək

18 Oktyabr 2023 22:20 Region Liqası 1 523
Azərbaycanda 8 yaşlı klub ilk dəfə çempionatda iştirak edəcək

Region Liqasının iştirakçıları sırasına yeni ad qoşulub.

Bu, "City Baku"dur.

2105-ci ildə yaradılmış klub ilk dəfə çempionatda mübarizə aparacaq. "City Baku" yarışın Paytaxt və Şimal zonasında qüvvəsini sınayacaq.

Region Liqasının 2023/2024 mövsümünün iştirakçıları və püşkatma tarixi müəyyənləşib.

Oktyabrın 19-da yeni mövsümün püşkü atılacaq. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın iclas zalında təşkil olunacaq.

AFFA Region Liqasında ümumilikdə 39 komanda mübarizə aparacaq. Klublar 4 zona üzrə çıxış edəcəklər.

İştirakçılardan 18-i turnirdə debüt edəcək. Püşkatmadan bir həftə sonra yeni mövsümün startı planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti