
Region Liqasında debüt edən “Lerik” bir neçə futbolçu ilə yollarını ayırıb.
Cənub zonasında mübarizə aparan komanda 4 oyunçusu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Bunlar Zaur Nuruzadə, Valid Yusubzadə, Xalid Qasımzadə və Elvin Həşimovdur.
“Yarpaq tökümü” maliyyə çətinliyi ilə bağlıdır. Belə ki, əyalət təmsilçisi futbolçuları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.
“Lerik” hazırda sponsor axtarışındadır. Müxtəlif çalışmalara və yerli iş adamlarına çoxsaylı müraciətlərəbaxmayaraq, kluba hamiliketmək istəyən yoxdur.
Bu azmış kimi, ianə kampaniyası da zəif davam edir. 50 min manat vəsait toöplamaq üçün aksiya başladan “Lerik”in hesabına çox cüzi məbləğ toplanıb.
SPORTİNFO.AZ