“Xəzər Lənkəran”dan son 2 transfer - FOTOLAR

15 Dekabr 2022 17:20 Region Liqası 1 260
“Xəzər Lənkəran”dan son 2 transfer - FOTOLAR

Region Liqasının yeni mövsümündə iştirak edən “Xəzər Lənkəran 42” növbəti 2 transferini açıqlayıb.

Cənub zonasında mücadilə verən “ağ-yaşıllar” Vüqar Rəhimovla anlaşıb.

Bundan öncə bir neçə komandada çıxış edən müdafiəçi ilə 19 aylıq müqavilə imzalanıb.

Vaxtilə AZAL-ın şərəfini qorumuş, Türkiyənin BAL Liqasında legioner hayatı yaşamış Röyal Nəcəfov da yenidən Lənkərana dönüb.

Ötən “futbol ili”ndə “Xan Lənkəran”ın formasını geyinmiş hücumçu mövsümün sonunadək burada qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti