Yeni yaradılan klub Qarabağa köçmək istəyir: "Yer verilsin, stadion tikək"

15 Dekabr 2022 15:00 Region Liqası 1 298
Yeni yaradılan klub Qarabağa köçmək istəyir: "Yer verilsin, stadion tikək"

Yeni yaranan «Difai»FK azad olunmuş ərazilərdən birini təmsil etmək niyyətindədir.

Bu barədə Sportinfo.az-a klubun prezidenti Asəf Məlikov bildirib.

Onun sözlərinə görə, bununla bağlı AFFA ilə məsləhətləşmə aparacaq.

Sitat: «Bizim federasiyadan yeganə istəyimiz klubu Qarabağa köçürmək məsələsində öz köməkliyini göstərməsidir.

AFFA-dan pul istəmirik, başqa heç nə istəmirik. Xahişimiz odur ki, o rayonların birində stadion tikilməsi üçün bizə dəstək olsunlar, öz tərəflərindən müəyyən dövlət qurumlarına müraciət etsinlər.

Qalan işləri özümüz görəcəyik. Erməni işğalından qurtarılan rayon və şəhərlərdə olmuşam.

Bugünlərdə də Şuşaya səfər etmişəm. Peşəkar hərbçiyəm, müharibə iştirakçısıyam. Birinci Qarabağ müharibəsində döyüşmüşəm. O yerləri qarış-qarış gəzmişəm, tanıyıram.

Yadımdadır, AFFA 2020-ci ilin noyabrında - Şuşa azad ediləndən az sonra açıqlamışdı ki, 5 şəhər və rayonda yeni klub yaradılacaq, Region Liqasında çıxış edəcək.

Ötən ilin yayında yaradılan «Cəbrayıl» Bakıda fəaliyyət göstərir. Biz isə «Difai»ni Qarabağa köçürməyə hazırıq.

Bu rayonların hansı birində bizə yer verilsə, ora da gedəcəyik. Qubadlı, Şuşa, Zəngilən… Fərq eləmir.

Daşaltının özündə geniş sahə gördüm, orada əla stadion yaratamaq, baza salmaq olar.

Bu məsələlərlə bağlı AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşəcəm, təkliflərimi ona verəcəm. Ümidim böyükdür ki, AFFA-dan lazım olan dəstəyi alacağıq».

«Difai» II Vətən Müharibəsində iştirak edən hərbiçi və qazilərin klubudur. Debütant Region Liqasının Paytaxt zonasının «B» qrupunda uğurla mübarizə aparır.

İlk 5 turda maksimum xal toplayan komanda qrupun vahid lideridir.

Digər Xəbərlər
Xəbər Lenti