Duman "Xəzər Lənkəran"ın meydana çıxmasına mane oldu

11 Dekabr 2022 23:40 Region Liqası 619
Duman "Xəzər Lənkəran"ın meydana çıxmasına mane oldu

Region Liqasında Cənub zonasının mərkəzi oyunu baş tutmayıb.

«Lerik» - «Xəzər Lənkəran 42» qarşılaşması son anda təxirə salınıb.

«Lerik»dən Sportinfo.az-a verilən məlumata görə, ertələnmənin səbəbi hava şəraitinin oyunun keçirilməsi üçün əlverişli olmamasıdır.

Bildirilib ki, günorta saatlarından etibarən stadionun üzərinə duman çöküb və qarşılaşma həm hakimlər, həm də komandaların ortaq qərarı ilə başqa vaxta keçirilib:

«Oyun, böyük ehtimalla, gələn həftə təşkil olunacaq. Biz də, «Xəzər Lənkəran 42» də buna razıdır. Təqvimdə ən münasib vaxt qarşıdakı günlərdir».

Matçı izləmək üçün alınan 1 manatlıq biletlər yeni tarixdə keçiriləcək qarşılaşmada da qüvvədə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti