Region Liqasının son çempionu QALMAQAL yaratsa da…

11 Dekabr 2022 21:20 Region Liqası 718
Region Liqasının son çempionu QALMAQAL yaratsa da…

Region Liqasında 5-ci turun oyunları keçirilib.

Paytaxt zonasının B qrupunda mübarizə aparan «Difai» bu dəfə «Cəbrayıl»ın qonağı olub.

«ASK Arena»nın ehtiyat meydançasında baş tutan qarşılaşma kifayət qədər gərgin alınıb. Region Liqasının son qalibi debütanta 2:3 hesabıyla uduzub.

«Difai»nin hücumçusu Eşqin Tağıyev yen fərqlənib və qollarının sayını 11-ə çatdıraraq, bombardirlər yarışına başçılığını davam etdirib. Geridə qalan turlarda maksimum nəticə göstərən «Difai» hazırda aşkar favoritdir.

Məğlubiyyətlə barışmayan «Cəbrayıl»lı futbolçular hakimlərə təzyiqdən çəkinməyib. Onlar «fit sahibləri»nə təsir göstərməyə, qərarlarını dəyişdirməyə çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti