Region komandalarında pul çatışmazlığı yarandı, AFFA XƏBƏRDARLIQ ETDİ

8 Dekabr 2022 14:40 Region Liqası 679
Region komandalarında pul çatışmazlığı yarandı, AFFA XƏBƏRDARLIQ ETDİ

Region Liqasında yeni mövsümün startından cəmi 4 tur keçib.

Respublikanın bütün bölgələrini əhatə edən yarışda əsas mübarizə hələ qabaqdadır.

Buna rəğmən, artıq bir neçə iştirakçı müxtəlif problemlərlə üzləşib. Onun başında da maliyyə çatışmazlığı dayanır.

AFFA-dan redaksiyamıza daxil olan məlumata görə, 4-5 komandanın futbolçuları bu məqsədlə federasiyaya müraciət edib.

Onlar formalarını geyindikləri klubların rəhbərliyinin vədlərini yerinə yetirməməsindən, pullarını ala bilməməsindən şikayətlənib.

Qurum da öz növbəsində həmin bölgə təmsilçilərinin rəsmiləri ilə əlaqə saxlayıb, yaranan problemlərin təcili həll edilməsini istəyib.

Bildirilib ki, əks halda, Region Liqasından kənarlaşdırılacaq və bir daha bu çempionata buraxılmayacaqlar.

Ötən mövsüm analoji səbəbdən «Şahdağ» mövsümün əvvəlində çıxışını dayandırıb. Xanbaba Daşdının prezidenti olduğu Quba təmsilçisi pulsuzluqdan qış fasiləsi gəlməmiş Region Liqasını tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti