Bölgə klubları Diviziona axışır - AFFA məhdudiyyəti aradan qaldırır

7 Dekabr 2022 15:00 Region Liqası 1 604
Bölgə klubları Diviziona axışır - AFFA məhdudiyyəti aradan qaldırır

AFFA Region Liqası iştirakçılarına qoyduğu əsas tələbi ləğv edir.

Söhbət I Divizionda mübarizə aparmaq üçün irəli sürülən 3 il şərtindən gedir.

Buna görə, komandalar yarımhəvəskar çempionatda minimum 3 mövsüm keçirəndən sonra birinci dəstəyə buraxıla bilərdi.

Hazırda isə prinsiplərin dəyişdirilməsi üzərində iş gedir.

Federasiya mənsubları Region Liqasının təmsilçiləri ilə görüşdə məlum bəndin 11 şərt arasından çıxarmağı planlaşdırdıqlarını bildirib. Etiraf ediblər ki, bu tələb bölgə komandalarının I Diviziona gedən yolunu bağlayır.

Dəyişiklik AFFA-nın başqa bir istəyini reallaşdırmaq zərurətindən irəli gəlir. Belə ki, Premyer Liqa klublarının əvəzedici heyətlərinin çempionatı növbəti mövsümdə bərpa olunacaq.

Onlar I Divizionun sıralarını tərk edəcəyindən, federasiya yaranan boşluğu Region Liqası iştirakçılarının hesabına doldurmalıdır.

Buradan ən azı 4 komanda birinci dəstəyə gətiriləcək. Hər zonadan bir kollektiv irəli çəkiləcək. Qurumun üstünlük vermək niyyətində olduğu komandaların bəzisinin adı artıq bizə məlumdur.

Bunlar «Karvan», «Qusar», «Qala-Şəmkir» və «Cəbrayıl»dır. Cənub zonasının yarışmaçıları arasında hələlik seçim edilməyib.

AFFA bu mövsümədək tələb edirdi ki, I Diviziona gəlmək istəyənlər 11 öhdəliyi yerinə yetirməlidir. Həmin meyarlar bunlardır:

1. Klubun Nizamnaməsi;
2. Dövlət Reyestrindən çıxarış;
3. Klubun strukturu;
4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);
5. VÖEN;
6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;
7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;
8. Ən azı 2 dəst oyun formasının maketi;
9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;
10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;
11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!