Ermənilərə qarşı vuruşmuş bombardir qazi futbolçu - VİDEO+FOTOLAR

4 Dekabr 2022 14:00 Region Liqası 567
Ermənilərə qarşı vuruşmuş bombardir qazi futbolçu - VİDEO+FOTOLAR

Region Liqasının yeni mövsümünün iştirakçılarından biri də «Difai»dir.

Çempionatın paytaxt zonasında mübarizəyə qoşulan debütant artıq qazandığı uğurlarla bütün diqqətləri öz üzərinə çəkib.

Asəf Məlikovun prezidenti, Aydın Qasımovun baş məşqçisi olduğu komanda ilk 3 turda maksimum nəticə göstərib. «Cürət»i 10:2, BFA-nı 4:2, «Çinar»ı 2:1 udan «Difai» qrupda liderliyə yüksəlib.

Bu uğurda əziyyəti olanlardan biri də Eşqin Tağıyevdir. II Qarabağ Müharibəsində ermənilərə qarşı döyüşmüş Eşqin Region Liqasının hər üç matçında fərqlənməyi bacarıb.

Bombardirlər yarışmasına başçılıq edən qazi hücumçunun aktivində artıq 7 qol var.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!