“Ora 5 min də toplansa, klubumuz fəaliyyətini davam etdirəcək” - VİDEO

2 Dekabr 2022 22:20 Region Liqası 861
“Ora 5 min də toplansa, klubumuz fəaliyyətini davam etdirəcək” - VİDEO

Bu ilin yayında yaradılan "Lerik"PFK “birLİK” adlı ianə kampaniyası başladıb.

Region Liqasında debüt edən cənub klubunun hədəfi 50 min manat toplamaqdır.

Bölgə təmsilçisi bununla əlaqədar lerikli iş adamları və futbol həvəskarlarından dəstək istəyib.

Geridə qalan günlər ərzində 800 manat civarında pul yığılıb. Nəzərdə tutulan qədər ianə toplanmasa, “Lerik” mövsümün gedişində faəliyyətini dayandıracaqmı?

Klubdan Sportinfo.az-ın sorğusuna bu cür cavab verildi:

“Biz işimizi yardım kampaniyası əsasında qurmamışıq. Ora 5 min də toplansa, 30 min də toplansa, çıxışımızı davam etdirəcəyik.

Çünki məqsədimiz dogma rayonumuzda futbolun inkişafına nail olmaq, bu sahədə diqqətçəkən işlər görməkdir.

İanə aksiyası keçirməkdə məqsədimiz kluba əlavə dəstəyi təmin etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti