AFFA Region Liqasının hansı klublarını Diviziona buraxmaq niyyətindədir?

30 Noyabr 2022 14:00 Region Liqası 1 471
AFFA Region Liqasının hansı klublarını Diviziona buraxmaq niyyətindədir?

AFFA növbəti mövsüm I Divizionda mübarizə aparacaq bölgə klublarının sayını artıracaq.

Bu artıq dəqiqdir.

Federasiyadan redaksiyamıza verilən məlumata görə, gələn sezondan ibarət Premyer Liqa təmsilçilərinin əvəzedici heyətləri I Divizionun sıralarını tərk edəcək və onların yarışı yenidən ayrıca keçiriləcək.

AFFA yaranan boşluğu Region Liqasının iştirakçıları hesabına dolduracaq.

Onlardan minimum 4 kollektiv seçiləcək. Qurumun üstünlük vermək niyyətində olduğu komandaların bəzisinin adı artıq bizə məlumdur.

Bunlar «Karvan», «Qusar», «Qala-Şəmkir» və «Cəbrayıl»dır. Cənub zonasının yarışmaçıları arasında hələlik seçim edilməyib.

Hərçənd «Xəzər Lənkəran 42» I Divizionda mübarizə aparmağı planlaşdırdığını gizlətmir. Yeni yaranan klubun direktoru Höccət Hacıyev saytımıza açıqlamasında bildirib ki, AFFA-nın onlara bu imkanı yaradacağına inanırlar:

«Biz bu klubu bu gün üçün yaratmamaşıq, hədəflərimiz böyükdür. Klub olaraq yerimizdə saymaq istəmirik. Lənkəran futbol şəhəridir. Bu şəhər uzun illər ölkə futboluna xidmət edib. Ə

lbəttə, AFFA-da bunu yaxşı bilirlər. Hər halda onlar da istəyir ki, bölgələrdə klublar olsun, inkişaf getsin.

«Xəzər Lənkəran 42»ni indidən Diviziona hazırlayırıq. AFFA ilə belə bir söhbətimiz olub. Yaratdığımız klubun perspektivinə inanırlar.

Kömək edəcəklərinə söz veriblər. Açığı, böyük ümidlərlə «Xəzər Lənkəran 42»ni yaratmışıq.

Divizionda çıxış etmək üçün AFFA-nın bütün tələblərini yerinə yetirməyə hazırıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti