BİABIRÇILIQ! Azərbaycanda futboldan bixəbər belə hakimlər də var… VİDEO

29 Noyabr 2022 16:20 Region Liqası 1 163
BİABIRÇILIQ! Azərbaycanda futboldan bixəbər belə hakimlər də var… VİDEO

Region Liqasında hakim biabırçılığı baş verib.

Hadisə çempionatın paytaxt zonasında qeydə alınıb.

«Difai» - «Çinar» matçını (2:1) idarə edən referi «ASK Arena»ya toplaşanları öz əcaib qərarıyla şoka salıb. «Ədalət təmsilçisi» öncə əvəzetməyə razılıq verib.

Dəyişiklik icra olunarkən, yəni yeni futbolçu meydana çıxan əsnada isə «Difai»nin qapıçısına sarı vərəqə göstərib.

Nə səbəbə? Baş hakim kiperi vaxtı qəsdən uzatmaq bəhanəsiylə cəzalandırıb. Halbuki o, oyunun davam etməsini göstərən fiti səsləndirməyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti