"Bizə belə "Xəzər Lənkəran" lazım deyil, özünüzü yormayın"

27 Noyabr 2022 16:40 Region Liqası 2 724
"Bizə belə "Xəzər Lənkəran" lazım deyil, özünüzü yormayın"

Region Liqasında üçüncü tura start verilib.

İlk 2 turda 3 xal toplayan «Xəzər Lənkəran» Cəlilabadda «Zəfər 44»ün qonağıdır.

«Ağ-yaşıllar» sosial şəbəkə hesabından açıqlama yayaraq, oyunun «yutub» üzərindən canlı yayımını təşkil edə bilmədiklərini bildirib: «Bu, bizdən aslı olmayan səbəblərə görə mümkün olmayacaq».

Bu açıqlama lənkəranlı azarkeşlərdə hiddət doğurub. Onlardan

Əli Cabbarlı yazıb:

«Bu, nətəhər olur, gedə bilməyənlər nə etsin? Bizə belə «Xəzər Lənkəran» lazım deyil! Bu gedişlə çox da qabağa gedə bilməzsiz. Nə özünüzü, nə də bizi yorun».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti