
Region Liqasının 2-ci turu maraqlı görüntüyə səhnə olub.
Cənub zonasında mübarizə aparan “Ərkivan” – “Lerik” matçı birincilərin adını daşıdığı kəndin stadionunda baş tutub.
Yaşıllıq ərazidə salınmış meydançanın ətrafında tribuna quraşdırılmadığından, azarkeşlər yan xəttin yaxınlığından oyuna tamaşa edib.
Məkana xeyli sayda fanat təşrif buyurduğundan, texniki zonada əyləşən məşqçi və futbolçular onların arasında “itib-batıb”.
Qarşılaşma “Lerik”in 6:2 hesablı qələbəsiylə qazanıb. Qonaqlardan Zaur Nuruzadə het-trikə imza atıb.
“Xəzər Lənkəran”dan tanıdığımız Kamran Abdullazadə dubl edib. Digər qolu Rəvan Quluzadə vurub. Beləcə, yeni yaranan “Lerik” ilk qələbəsini rəsmiləşdirib.
SPORTİNFO.AZ