Mübariz Mənsimov "Xəzər Lənkəran"ı nə vaxt bərpa edəcək? – Yaxın qohumundan AÇIQLAMA

22 Noyabr 2022 14:40 Region Liqası 2 204
Mübariz Mənsimov "Xəzər Lənkəran"ı nə vaxt bərpa edəcək? – Yaxın qohumundan AÇIQLAMA

«Düzdür, mən yarandığı ilk gündən ta son günə kimi «Xəzər Lənkəran»da işləmişəm, Mübariz müəllimin klubu bərpa edib-etməyəcəyindən xəbərsizəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran 42»nin direktoru Höccət Hacıyev deyib.

Yeni yaranan və Region Liqasında mübarizəyə başlayan klubun baş idarəçisi yaxın qohumu olan Mübariz Mənsimovun «Xəzər Lənkəran»la bağlı yeni planlarından xəbər almadığını bildirib:

«Onunla bu haqda söhbət etməmişik. Belə bir fikri olsa, hamı sevinər.

Çünki «Xəzər Lənkəran»ın Azərbaycan futbolunda yeri başqadır. Klub neçə ildir fəaliyyət göstərmir, ancaq hələ də ondan danışılır.

«Xəzər Lənkəran»ı unutdurmaq qeyri-mümkündür. Bilmək olmaz, bəlkə də Mübariz Mənsimov nəvaxtsa «Xəzər Lənkəran 42»ni dəstəkləyən iş adamlarının sıralarına qoşuldu.

Belə bir hadisə baş versə, yaxşı olar».

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”