"Xəzər Lənkəran": "Onlarla necə danışmışıq, o cür də olacaq"

17 Noyabr 2022 15:00 Region Liqası 1 360
"Xəzər Lənkəran": "Onlarla necə danışmışıq, o cür də olacaq"

"Komandamıza normal büdcə ayrılıb və onun əsasında fəaliyyət göstərməyə başlamşıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Xəzər Lənkəran 42"nin direktoru Höccət Hacıyev deyib.

Region Liqasında debüt edən əyalət klubunun rəhbəri müqavilə bağladıqları futbolçulara ödəmə etdiklərini bildirib:

"Eləsi var, maaş alacaq, eləsi də var, mükafat. Onlarla necə danışmışıq, o cür də olacaq. Qarşıdakı günlərdə heyəti yenə gücləndirəcəyik.

Komandanı Ağadadaş Həmidova tapşırmışıq. Baş məşqçimiz kimi istəyir, onu da götürür. Biz də bu işdə əlimizdən gələn köməyi ona göstəririk.

Mən bilmirəm Region Liqasının digər klublarının maliyyə vəziyyəti necədir, «Xəzər Lənkəran 42»nin adından deyə bilərəm ki, bizdə işlər qaydasındadır.

İcra Hakimiyyəti bizə böyük köməkdir. Yerli iş adamları da «Xəzər Lənkəran 42»yə qayğı göstərir.

Bir müddət sonra maliyyə vəziyyətimiz daha da yaxşı olacaq».

Digər Xəbərlər
Xəbər Lenti