"Xəzər Lənkəran" transfer bazarında – 3 yeni müqavilə

16 Noyabr 2022 17:40 Region Liqası 1 711
"Xəzər Lənkəran" transfer bazarında – 3 yeni müqavilə

«Xəzər Lənkəran 42» Region Liqasında debüt edib.

Cənub zonasında mübarizə aparan «ağ-yaşıllar» ilk turda «Qobustan»ın qonağı olub.

«Qarabağlı» stadionunda baş tutan görüş ev sahiblərinin 5:0 hesablı qələbəsiylə yekunlaşıb.

Rəsmi siftə korlansa da, «Xəzər Lənkəran 42» transfer çalışmalarına ara vermir. Son olaraq 3 yeni futbolçu ilə müqavilə imzalanıb.

Onlardan Samir Quluzadə yarımmüdafiəçidir. Öncəki illərdə «Xəzər Lənkəran», «Neftçi» və «Qaradağ Lökbatan»ın sıralarında yer alıb.

Əli Aydınzadə müdafiəçi mövqeyində çıxış edir. «Xəzər Lənkəran» və «Astara»nın şərəfini qoruyub.

Yarımmüdafiəçi Həsən Mirsadıqov «Xəzər Lənkəran», «Sabah», «Neftçi» və «Səbail»də özünü göstərməyə çalışıb.

Cənub zonasının iştirakçısı Əskər Əskərlini rənglərinə bağlayıb. Müdafiəçi mövqeyində çıxış edən gənc bunadək “Səbail”in aşağı yaş qruplarında futbolun sirlərini öyrənib.

Arxa xət oyunçusu olan Vəliyət Əskərli “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında və “Zirə”d forma geyinib.

Yenilərdən Murad Nəcəfov hücumçudur. Keçən sezon Region Liqasında “Astara”nın düşərgəsində yer alıb.

Yeni yaranmış klubun qucaq açdığı daha bir forvard Mirəli İsmayılovdur. “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” və “Astara”nın şərəfini qoruyub.

Peşəkar karyerası boyunca «Bakı», «Sumqayıt», «Turan Tovuz», AZAL kimi komandaların şərəfini qorumuş müdafiəçi Elşad Manafov keçən mövsümü «Cəbrayıl»ın heyətində Region Liqasının çempionu olub. O, həmçinin çimərlik futbolu üzrə Azərbaycan millisində çıxış edir.

Vasif Fərəcov da arxa xətt oyunçusudur. Daha əvvəl «Xəzər Lənkəran» və «Qarabağ»ın aşağı yaş qruplarında forma geyinib.

Cavad Bağırov yarımmüdafiəçidir. «Qarabağ», «Qəbələ», «Vətən» və «Şahdağ»ın aşağı yaş qruplarında özünü sınayıb.

Elşən Rzazadə isə daha çox «Xəzər Lənkəran»dan tanınır. «Bakı», «Neftçi», «Mil-Muğan» və «Xan Lənkəran»ın uğurları üçün tər töküb.

Lənkəran məktəbinin yetirməsi olan Nurlan Fərəcli yarımmüdafiə mövqeyində çıxış edir. «Xəzər Lənkəran», «Keşlə», «Sumqayıt», «Xan Lənkəran» kimi komandaların düşərgəsində yer alıb.

Bu mövsüm Region Liqasında «Xəzər Lənkəran 42»nın qapısını bir müddət «Xəzər Lənkəran»da meydana çıxmış Tərlan Qasımzadə qoruyur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"