Qarabağ fatehləri 10 qol vurdu, kuryoz hadisə baş verdi

14 Noyabr 2022 23:00 Region Liqası 721
Qarabağ fatehləri 10 qol vurdu, kuryoz hadisə baş verdi

Yeni yaranan “Difai” Region Liqasında ilk oyununa çıxıb.

Əsasən Vətən Müharibəsi iştirakşıları və qazilərindən formalaşdırılan klub çempionatın ilk turunda “Cürət”in qonağı olub.

Bu görüşdə 1 qazi və 6 veteran “Difai”nin formasını geyinib. "Tarixi yaşadaraq, tarix yazan fədailərin komandası” devizi ilə yola çıxan kollektiv 10:2 hesabıyla qalib gəlib.

Qarabağ döyüşlərində ermənilərə qarşı vuruşmuş Eşqin Tağıyev – pokerə imza atıb. Gülalı Mehrəliyev dubl edibsə, Oruc Məmmədov, Mirkamil Əliyev, İsmayıl Məmmədov, Coşqun Qorçiyev hərəyə 1 dəfə fərqlənib.

Mənə təsir edən rəhbərliyin inanmaması oldur

Qarşılaşma “ASK Arena”nın 4-cü meydançasında keçirilib. “Cürət” oyunun saat 15:00-da start götürməsi barədə AFFA-nı öncədən məlumatlandırsa da, görüş nəzərdə tutulduğu vaxtda başlamayıb.

Həmin saatda burada aşağı liqaların oyunları davam etdiyindən, Region Liqasının iştirakçıları yalnız 16:00-dan sonar meydana daxil ola bilib.

Işıqlandırma sistemi olmadığı üçün oyunda fsilə elan edilməyib. Komandalara istirahət üçün cəmi 2-3 dəqiqə vaxt verilib. Matçın son bölümü isə qaranlıq hava şəraitində keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti