Şəmkir bu gün böyük futbol səhnəsinə qayıdır - FOTOLAR

13 Noyabr 2022 14:00 Region Liqası 796
Şəmkir bu gün böyük futbol səhnəsinə qayıdır - FOTOLAR

Region Liqasında yeni mövsümə start verilib.

Şimal-Qərb və Qərb zonası zonasında mübarizə aparan «Qala» bu gün ilk rəsmi oyununa çıxır.

Şəmkirin yeni yaradılan komandası doğma məkanda «Marxal Şəki» ilə qarşılaşır.

Debütant debütə hərtərəfli hazırlıq görüb. Rayon mərkəzində və ətraf ərazilərdə afişalar vurulub, təbliğat kampaniyası aparılıb.

Şəmkir Olimpiya Kompleksinin stadionunu icarəyə götürən «Qala» rəhbərliyi burada kosmetik təmir işləri görüb.

İllərdir baxımsız vəziyyətdə olan meydança hazır vəziyyətə gətirilib. VİP-loja, texniki zona, paltardəyişmə və hakimlər otaqları təmir olunub.

Yerli azarkeşlərin «Qala»ya münasibəti yaxşıdır. Hər halda komandanın ilk oyununu izləmək üçün arenaya yüzlərlə futbolsevər təşrif buyurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər