“Region Liqasında çıxış edən komandaların növbəti mövsümdən…“

9 Noyabr 2022 09:20 Region Liqası 608
“Region Liqasında çıxış edən komandaların növbəti mövsümdən…“

“Kubokda komanda sayının az olması bizi də narahat edir“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevə məxsusdur.

Region Liqası komandalarının ölkə kubokuna buraxılmasının mümkünlüyü ilə bağlı sualına cavab verərkən Şahgəldiyev qarşıdakı mövsümdə bununla əlaqədar müzakirələr aparılacağını bildirib:

“Bildiyiniz kimi, divizon komandalarının hamısı kubokda iştirak etmir. “Zaqatala” və “İmişli” maliyyə çatışmazlığı səbəbindən imtina məktubu göndərib.

Region Liqasında çıxış edən komandaların kuboka buraxılması məsələsinə gəldikdə, bu yarışda çıxış edənlər həvəskar statusu daşıyır.

Bizim əsasnaməyə görə isə Azərbaycan Kubokunda iştirak edən komandaların peşəkar statusu olmalıdır.

Düşünürük ki, kuboka qatılmaq istəyən komanda infrastrukturla bağlı, heç olmasa, minimal tələblərə cavab verməlidir.

İstənilən halda növbəti mövsümdən Region Liqasında çıxış edən komandaların Kuboka buraxılması məsələsini AFFA ilə birlikdə müzakirə edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”