“Komandanı hazırda öz daxili imkanlarımız hesabına saxlayırıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Difai”nin prezidenti Asəf Məlikov deyib.
Yeni klubun yaradıcısı bildirib ki, Region Liqasında növbəti mövsümün start gözləyirlər. O, “Difai”nin prespektivini AFFA rəhbərliyi ilə müzakirə etdiyini bildirib:
“Biz müstəqil klubuq, AFFA isə ictimai təşkilatdır. Onlara “bizə sponsorluq edin, yaxud maliyyə verin” deməyimiz peşəkarlıq prinsiplərinə zidd olar.
AFFA-nı “Difai”nin yaradılma məqsədi və hədəfləri haqda məlumatlandırmışıq. Bildirmişik ki, komandanın özəyini Vətən müharibəsinin iştirakçıları və qaziləri təşkil eləyir.
İdeyalrımızı yaxşı qarşılayıblar. Xahiş etmişik ki, hansısa sponsor olsa, klubumuz barədə ona məlumat versinlər.
Demişik ki, imkan varsa, bizə istiqamətləndirsinlər. AFFA rəhbərliyi buna çalışacaqlarını söylədi. Hazırda gözləyirik.
Həmçinin bir sıra şirkətlərə müraciət eymişik. Hələlik onlardan da rəsmi cavab gəlməyib.
Çempionatı yarıda dayandırmayacağıq. Son oyuna kimi meydana olacağıq.
Hər halda bu klubu yaratmışıqsa, bizə dəstək vəd edən insanlara, qurumlara inanırıq. Çalışacağıq ki, Region Liqasının ən maraqlı komandalrından biri olaq və tədricən inkişaf edək”.

