AFFA "Xəzər Lənkəran"a "yaşıl işıq" yandırdı – İDDİALI AÇIQLAMA

7 Noyabr 2022 14:40 Region Liqası 3 667
AFFA "Xəzər Lənkəran"a "yaşıl işıq" yandırdı – İDDİALI AÇIQLAMA

«Biz bu klubu bu gün üçün yaratmamaşıq, hədəflərimiz böyükdür».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran 42»nin direktoru Höccət Hacıyev deyib.

Yeni yaranan və Region Liqasında çıxış edəcəyi rəsmiləşən əyalət təmsilçisinin rəhbəri bildirib ki, növbəti məqsəd I Divizionda mübarizə aparmaqdır:

«Klub olaraq yerimizdə saymaq istəmirik. Lənkəran futbol şəhəridir. Bu şəhər uzun illər ölkə futboluna xidmət edib.

Əlbəttə, AFFA-da bunu yaxşı bilirlər. Hər halda onlar da istəyir ki, bölgələrdə klublar olsun, inkişaf getsin.

«Xəzər Lənkəran 42»ni indidən Diviziona hazırlayırıq. AFFA ilə belə bir söhbətimiz olub. Yaratdığımız klubun perspektivinə inanırlar.

Kömək edəcəklərinə də söz veriblər. Açığı, böyük ümidlərlə «Xəzər Lənkəran 42»ni yaratmışıq.

Divizionda çıxış etmək üçün AFFA-nın bütün tələblərini yerinə yetirməyə hazırıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti