Yeni yaranan «Xəzər Lənkəran 42» ilk transferlərini həyata keçirib.
Region Liqasının cənub zonasında mübarizə aparacaq komanda 6 futbolçu ilə müqavilə bağlayıb.
Peşəkar karyerası boyunca «Bakı», «Sumqayıt», «Turan Tovuz», AZAL kimi komandaların şərəfini qorumuş müdafiəçi Elşad Manafov keçən mövsümü «Cəbrayıl»ın heyətində Region Liqasının çempionu olub. O, həmçinin çimərlik futbolu üzrə Azərbaycan millisində çıxış edir.
Vasif Fərəcov da arxa xətt oyunçusudur. Daha əvvəl «Xəzər Lənkəran» və «Qarabağ»ın aşağı yaş qruplarında forma geyinib.
Cavad Bağırov yarımmüdafiəçidir. «Qarabağ», «Qəbələ», «Vətən» və «Şahdağ»ın aşağı yaş qruplarında özünü sınayıb.
Elşən Rzazadə isə daha çox «Xəzər Lənkəran»dan tanınır. «Bakı», «Neftçi», «Mil-Muğan» və «Xan Lənkəran»ın uğurları üçün tər töküb.
Lənkəran məktəbinin yetirməsi olan Nurlan Fərəcli yarımmüdafiə mövqeyində çıxış edir. «Xəzər Lənkəran», «Keşlə», «Sumqayıt», «Xan Lənkəran» kimi komandaların düşərgəsində yer alıb.
Bu mövsüm Region Liqasında «Xəzər Lənkəran 42»nın qapısını bir müddət «Xəzər Lənkəran»da meydana çıxmış Tərlan Qasımzadə qoruyacaq.
SPORTİNFO.AZ

