Region Liqasında yeni mövsümün nə vaxt başlayacağı dəqiqləşib.
Startı iki həftədir təxirə salınan çempionatın ilk turun oyunları noyabrın 13-14-də keçiriləcək.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza bildirib ki, problem iştirakçıların təhcizatı ilə bağlıdır:
«Gecikmə komandalara veriləcək formalarla əlaqədardır. Ümumiyyətlə, koronavirus pandemiyasından sonra loqistika məsələlərində problem yaranıb.
Müxtəlif mal-materialların çatdırılmasında ləngimələr yaranır. Formalar hələ gətirilmədiyindən, biz də klubları onunla vaxtında təmin edə bilmədik.
Bu ləngimələr yalnız AFFA ilə bağlı problem deyil, digər sahələrə də aiddir. Yəni, qlobal problemdir, lokal xarakter daşımır».
Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası.
SPORTİNFO.AZ

