“Bizim əsas dəstəkçimiz rayonun İcra Hakimiyyəti və onun başçısıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Lerik”in İdarə Heyətinin sədri Famil Məmmədov deyib.
O, yeni yaratdıqları və Region Liqasında mübarizə aparacaq komandanın maliyyə dayaqlarını gücləndirmək istiqamətində fəaliyyət göstərdiklərini bildirib:
“Bir neçə iş adamına və şirkətə müraciət etmişik. Hələ heç birindən rəsmi cavab almamışıq. Söz verənlər var, amma kontakta keçən yoxdur.
Hələlik yalnız lerikli sahibkar Arzuman Rüstəmovdan kömək alırıq. Ev oyunlarımızı rayonun özündə yerləşən “Gənclik” stadionunda keçirəcəyik”.

