Region Liqasında yaranmış problem – AFFA AÇIQLADI

4 Noyabr 2022 15:00 Region Liqası 1 248
Region Liqasında yaranmış problem – AFFA AÇIQLADI

AFFA Region Liqasında yeni mövsümün başlanma tarixinin ertələnməsinin səbəblərinə aydınlıq gətirib.

Çempionat 10 gün öncə start götürməli olsa da, planlar dəyişib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a bildirib ki, problem iştirakçıların təhcizatı ilə bağlıdır:

«Gecikmə komandalara veriləcək formalarla əlaqədardır. Ümumiyyətlə, koronavirus pandemiyasından sonra loqistika məsələlərində problem yaranıb.

Müxtəlif mal-materialların çatdırılmasında ləngimələr yaranır. Formalar hələ gətirilmədiyindən, biz də klubları onunla vaxtında təmin edə bilmədik.

Bu ləngimələr yalnız AFFA ilə bağlı problem deyil, digər sahələrə də aiddir. Yəni, qlobal problemdir, lokal xarakter daşımır».

Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti