AÇIQLAMA: Rusiyada yaşayan azərbaycanlı iş adamı "Xəzər Lənkəran"a söz verdi ki…

4 Noyabr 2022 11:00 Region Liqası 1 612
AÇIQLAMA: Rusiyada yaşayan azərbaycanlı iş adamı "Xəzər Lənkəran"a söz verdi ki…

«Maliyyə çətinliyimizin yaranacağını gözləmirəm, belə bir problem olmayacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran 42»nin direktoru Höccət Hacıyev deyib.

AFFA tərəfindən qeydiyyata alınan klub Region Liqasında yarışacaq. Debütant cənub zonasında mübarizə aparacaq.

H.Hacıyev çempionatda çıxışını dayandıran «Xan Lənkəran»ın Rusiyada yaşayan və biznes fəaliyyəti göstərən Pərviz Hüseynovun «Xəzər Lənkəran 42»yə dəstək olacağını bildirib:

«Mən onunla danışmışam, planlarımızı açıqlamışam. O da dinlədi və dedi ki, mən bir lənkəranlı olaraq kluba dəstək olacam.

Pərviz müəllimi əvvəldən tanıyıram, bilirəm ki, söz verdisə, edəcək. Ondan arxayınam.

Həmçinin bir neçə lənkəranlı iş adamı var, onlar da «Xəzər Lənkəran 42»yə köməklik göstərəcək.

Hələlik adlarını açıqlamaq istəmirəm, sadəcə, deyə bilərəm ki, ciddi insanlardır. İcra Hakimiyyəti ilə bütün bu məsələlər barədə söhbət etmişik, razılıq almışıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti