Mübariz Mənsimovun yaxın qohumu “Sportinfo”ya danışdı: "Bu klubu o..."

3 Noyabr 2022 14:40 Region Liqası 2 645
Mübariz Mənsimovun yaxın qohumu “Sportinfo”ya danışdı:  "Bu klubu o..."

«Bu klubu Mübariz Mənsimov yaratmayıb, onun heç bir aidiyyatı yoxdur».

«Xəzər Lənkəran 42»nin direktoru Höccət Hacıyev Sportinfo.az-a açıqlamasında belə deyib.

"Xəzər Lənkəran" FK-nın sabiq icraçı direktoru, uzun illər eyniadlı stadionun direktoru olmuş Höccət Hacıyev yenidən futbol ailəsinə dönüb.

Klubun 2016-cı ildə fəaliyyətini dayandırmasından sonra gözdən itən funksioner növbəti dəfə təyinat alıb.

O, yeni yaranan "Xəzər Lənkəran 42"nin direktoru vəzifəsinə keçib. Region Liqasının cənub zonasında yarışacaq komandayla bağlı bütün məsələlər ona tapşırılıb.

H.Hacıyev "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovla yaxın qohumdur. Müsahib onun " Xəzər Lənkəran 42" nin yaradılmasında iştirak etmədiyini bildirib:

"Mübariz müəllim futbolu sevən insandır. Həmişə istəyib ki, Lənkəranda böyük futbol olsun. "Xəzər Lənkəran 42" mənim öz təşəbbüsümdür.

Bilirsiz, bizim şəhər futbolla yaşayır. Başqa vaxt burada küçəyə çıxa bilmirdim.

Məni görən hər kəs soruşurdu ki, Lənkəranda nə vaxt klub olacaq? Bu suallarla o qədər qarşılaşırdım ki…

"Xəzər Lənkəran 42"ni yaratmaq istəyəndə şəhərin İcra Hakimiyyəti ilə məsləhətləşdim. Onlardan dəstək aldım.

Yerli iş adamları ilə görüşdüm, dedilər ki, biz də yardımçı olacağıq. AFFA-ya da minnətdaram.

Federasiya köməklik göstərdi, komandamızı qeydiyyata aldı. Mənim əvvəldən AFFA ilə yaxşı münasibətim olub, orada çalışanlara böyük hörmətim var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti