"Xəzər Lənkəran" Mübariz Mənsimovun yaxın qohumuna tapşırıldı

2 Noyabr 2022 11:40 Region Liqası 8 258
"Xəzər Lənkəran" Mübariz Mənsimovun yaxın qohumuna tapşırıldı

"Xəzər Lənkəran" FK-nın sabiq icraçı direktoru, uzun illər eyniadlı stadionun direktoru olmuş Höccət Hacıyev yenidən futbol ailəsinə dönüb.

Klubun 2016-cı ildə fəaliyyətini dayandırmasından sonra gözdən itən funksioner növbəti dəfə təyinat alıb.

O, yeni yaranan "Xəzər Lənkəran 42"nin direktoru vəzifəsinə keçib. Region Liqasının cənub zonasında yarışacaq komandayla bağlı bütün məsələlər ona tapşırılıb.

H.Hacıyev "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovla yaxın qohumdur. Onlar xalaoğludur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti