Region Liqasının iştirakçıları sırasına qoşulan «Lerik» 6 transferlə gündəmə gəlib.
Onlardan biri Qazaxıstandan dəvət olunub.
«Kaysar»da çıxış etmiş Fahil Dostiyev yarımmüdafiə xəttini gücləndirməlidir.
Ötən mövsüm «Səbail»in əvəzedici komandasının formasını geyinmiş hücumçu Fərid Şiriyev də cənub təmsilçisinin sıralarına qoşulub.
Müdafiəçi Əli Şabanov bundan öncə “Xəzər Lənkəran”, “Xan Lənkəran” kimi komandaların şərəfini qoruyub. Yarımmüdafiəçi Vadim Kərimzadə “Xəzər Lənkəran”, “Dinamo” və “Xan Lənkəran”da özünü göstərib.
Yenilərdən Ayaz Məmmədli qapıçıdır. “Xəzər Lənkəran”, “Tufan”, “Neftçi”, “Sabah” və MOİK-də sınaqdan keçib.
Keçən sezon "Xan Lənkəran"ın heyətində Region Liqasının ən məhsuldar hücumçularından biri olan Zaur Nuruzadə də «Lerik»in yolunu tutub.
SPORTİNFO.AZ

