Azərbaycanda yeni yaranan iki komanda arasında… FOTOLAR

1 Noyabr 2022 17:40 Region Liqası 1 174
Azərbaycanda yeni yaranan iki komanda arasında… FOTOLAR

Yeni yaranan “Lerik” ilk yoxlama görüşündə qüvvəsini sınayıb.

Region Liqasında iştirak edəcəyi dəqiqləşən əyalət komandası daha bir debütnat - “Zəfər 44” ilə üz-üzə gəlib.

Oyun “Xəzər Lənkəran” Mərkəzi Stadionunun ehtiyat meydançasında təşkil olunub. “Lerik” gərgin keçən mübarizənin sonunda 4:3 hesablı qələbə qazanıb.

Çempionatın çənub zonasında mübarizə aparaxaq kollektiv Teymur Muradova tapşırılıb. Komanda mövsümün sonunadək B kateqoriyalı mütəxəssisin sərəncamında olacaq.

T.Muradov uzun müddət “Xəzər Lənkəran”ın U-18 komandasını çalışdırıb. “Lerik”in yaradıcıları onun qarşısına minimum qrupdan çıxmaq vəzifəsi qoyub.

Debütant bölgə yarışmasında “Xəzər Lənkəran 42”, “Qobustan”, “Ərkivan” (Masallı), “Neftçala” və “Zəfər 44” (Cəlilabad) ilə qüvvəsini sınayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti