Bölgə təmsilçisi “Xəzər Lənkəran”da işləmiş baş məşqçiyə əmanət!

28 Oktyabr 2022 17:20 Region Liqası 2 020
Bölgə təmsilçisi “Xəzər Lənkəran”da işləmiş baş məşqçiyə əmanət!

Yeni yaranan “Lerik”PFK baş məşqçisinin adını açıqlayıb.

Region Liqasında debüt etmək üçün gün sayan əyalət təmsilçisi Teymur Muradova tapşırılıb.

Cənub zonasında mübarizə aparacaq kollektiv mövsümün sonunadək B kateqoriyalı mütəxəssisin sərəncamında olacaq.

T.Muradov uzun müddət “Xəzər Lənkəran”ın U-18 komandasını çalışdırıb. “Lerik”in yaradıcıları onun qarşısına minimum qrupdan çıxmaq vəzifəsi qoyub.

Debütant bölgə yarışmasında “Xəzər Lənkəran 42”, “Qobustan”, “Ərkivan” (Masallı), “Neftçala” və “Zəfər 44” (Cəlilabad) ilə qüvvəsini sınayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol