AFFA dediyini etmədi, çempionatın startı təxirə düşdü – Top və formaya görə

26 Oktyabr 2022 11:00 Region Liqası 1 257
AFFA dediyini etmədi, çempionatın startı təxirə düşdü – Top və formaya görə

Region Liqasında yeni mövsüm nəzərdə tutulduğu vaxtda başlamayıb.

Ötən həftəsonu start götürməli olan çempionat ertələnib.

Bu, AFFA-nın klublar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır.

Belə ki, federasiya iştirakçıları inventarla - top və formalarla təmin etməli olsa da, hələ onları qarşı tərəfə çatdıra bilməyib.

AFFA yarışın qarşıdakı günlərdə başlayacağına dair komandalara şifahi xəbərdarlıq edib. Amma bu, yekun qərar deyil.

Qurumdan bildirilib ki, top və forma sifarişində yanlışlığa yol verildiyindən, inventarın gətirilməsində proboleem yaşayırlar.

Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM