Mənsimov razılaşdı, "Xəzər Lənkəran" onların sərəncamına keçdi

25 Oktyabr 2022 11:40 Region Liqası 2 407
Mənsimov razılaşdı, "Xəzər Lənkəran" onların sərəncamına keçdi

«Xəzər Lənkəran» Mərkəzi Stadionu «Xəzər Lənkəran 42»nin ixtiyarına verilib.

Bu məkan 1 il ərzində yeni yaranan klubun sərəncamında olacaq.

Region Liqasının iştirakçıları arasında yer alan debütantın bunun üçün «Xəzər Lənkəran»ın prezidenti Mais Mənsimova nə qədər vəsait ödədiyi açıqlanmır.

Sadəcə, o bəllidir ki, Mübariz Mənsimovun qardaşı «Xəzər Lənkəran 42»nin bazadan da yararlanmasına razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti