«Pərviz Hüseynovun bizimlə klubla əlaqəsi yoxdur».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Lerik»in İdarə Heyətinin sədri Famil Məmmədov deyib.
Region Liqasının yeni iştirakçısı cənub zonasında mübarizə aparır.
Bir ay öncə fəaliyyətə başlayan klubun himayədarları arasında «Xan Lənkəran»ın prezidenti nin da adı çəkilir.
Lakin F.Məmmədov bu haqda yayılmış xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
«Komandamız Lerikin İcra Hakimiyyəti tərəfindən dəstəklənir. Rayon rəhbərliyinin göstərişi ilə «Gənclik» stadionu futbolçularımızın ixtiyarına verilib.
Həmçinin orada müəyyən işlər görülüb. Pərviz Hüseynovun adının niyə «Lerik»lə yanaşı çəkilməsi bizə də anlaşılmaz qalıb».

