«Xəzər Lənkəran 42»nın «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimova heç bir aidiyyatı yoxdur.
Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.
Federasiyadan əldə etdiyimiz məlumatda Region Liqasında mübarizə aparacaq yeni klubla əlaqəli yayılan iddialar təsdiq olunmayıb.
Redaksiyamızla əlaqə saxlayan lənkəranlı azarkeşlər «Xəzər Lənkəran 42»nin Mübariz Mənsimov tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı şəhərdə xəbərlərin dolaşdığını bildiriblər.
Onların sözlərinə görə, Türkiyədə yaşayan iş adamı sahibi olduğu «Xəzər Lənkəran»ın adına Lənkəranın avtomobil seriyasını (42) əlavə etməklə, futbol sferasına qayıdıb.
Yerli futbolsevərlər onu da deyib ki, Mənsimov «Xəzər Lənkəran»ın 12 illik təcrübəsindən nəticə çıxarıb və bu dəfə klubun idarəçiliyini öz qohum-əqrabasına tapşırmayıb.
Yəni, başda qardaşı Mais Mənsimov olmaqla, onun yaxınları «Xəzər Lənkəran 42»nin yönətimində yer almayıb.
Amma AFFA-dan bizə bildirilib ki, «Xəzər Lənkəran 42» yerli İcra Hakimiyyətinin dəstəyi ilə formalaşdırılıb. Klubun fəaliyyətində iş adamları da yaxından iştirak edəcək, amma Mənrsimovlar onların arasında yer almayıb.

