Azərbaycanlı iş adamı bu klubu himayəsinə götürdü

21 Oktyabr 2022 21:00 Region Liqası 2 899
Azərbaycanlı iş adamı bu klubu himayəsinə götürdü

Azərbaycanda yeni yaradılan klubun əsas dəstəkçilərindən birinin kimliyi məlum olub.

Söhbət bu mövsüm Region Liqasında debüt edəcək “Lerik”dən gedir.

Belə ki, çempionatın cənub zonasında mübarizə aparacaq kluba Arzuman Rüstəmov maliyyə ayırmağı öz üzərinə götürüb. Ona yaxın vaxtlarda daha bir neçə yerli iş adamının qoşulması gözlənilir.

Yeri gəlmişkən, rayonun İcra Hakimiyyəti «Gənclik» stadionunu komandanın ixtiyarına verib. Bu məqsədlə arenada şərait yaradılıb.

Artıq baş məşqçi təyinatı da gerçəkləşib. Debütant Teymur Muradovla anlaşıb.

Gənc mütəxəssis vaxtilə “Xəzər Lənkəran”da çalışıb. O, “ağ-yaşıllar”ın həm gənclər, həm də akademiya komandalarını çalışdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti