Azərbaycanda yeni yaradılan klubu Mübariz Mənsimov maliyyələşdirir?

21 Oktyabr 2022 15:00 Region Liqası 6 075
Azərbaycanda yeni yaradılan klubu Mübariz Mənsimov maliyyələşdirir?

Region Liqasında mübarizə aparacaq «Xəzər Lənkəran 42» ilə bağlı yeni iddia var.

Redaksiyamızla əlaqə saxlayan lənkəranlı azarkeşlər yeni yaranan klubun Mübariz Mənsimov tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı şəhərdə xəbərlərin dolaşdığını bildiriblər.

Onların sözlərinə görə, Türkiyədə yaşayan iş adamı sahibi olduğu «Xəzər Lənkəran»ın adına Lənkəranın avtomobil seriyasını (42) əlavə etməklə, futbol sferasına qayıdıb.

Yerli futbolsevərlər onu da deyib ki, Mənsimov «Xəzər Lənkəran»ın 12 illik təcrübəsindən nəticə çıxarıb və bu dəfə klubun idarəçiliyini öz qohum-əqrabasına tapşırmayıb.

Yəni, başda qardaşı Mais Mənsimov olmaqla, onun yaxınları «Xəzər Lənkəran 42»nin yönətimində yer almayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti