“Xəzər Lənkəran” maddi dəstəyi haradan və necə alacaq?

20 Oktyabr 2022 17:40 Region Liqası 2 781
“Xəzər Lənkəran” maddi dəstəyi haradan və necə alacaq?

Region Liqasının yeni iştirakçıları sırasına qoşulan“Xəzər Lənkəran 42” AFFA-dan hərtərəfli dəstək alacaq.

Bu haqda federasiyadan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, yarışın cənub zonasında mübarizə aparacaq komanda qurumun birbaşa diqqət mərkəzindədir. AFFA “ağ-yaşıllar”a maddi-texniki yardım göstərməyə razılıq verib.

Düzdür, bölgə təmsilçisinə ayrılacaq maliyyənin məbləği hələ dəqiqləşməyib, bu da tərəflər arasında keçiriləcək növbəti görüşdə müzakirə olunacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti