Bu məkan Azərbaycanda fəaliyyətə başlayan kluba verildi

20 Oktyabr 2022 11:40 Region Liqası 2 688
Bu məkan Azərbaycanda fəaliyyətə başlayan kluba verildi

Lerikdə yeni yaradılan klubun ev oyunlarını keçirəcəyi məkan bəlli olub.

Bu barədə Sportinfo.az-a «Lerik»FK-nın İdarə Heyətinin sədri Famil Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, rayonun İcra Hakimiyyəti «Gənclik» stadionunu komandanın ixtiyarına verib. Bu məqsədlə arenada şərait yaradılıb.

Region Liqasında iştirakı təsdiqlənən “Lerik”də baş məşqçi təyinatı da gerçəkləşib. Cənub zonasında mübarizə aparacaq debütant Teymur Muradovla anlaşıb.

Gənc mütəxəssis vaxtilə “Xəzər Lənkəran”da çalışıb. O, “ağ-yaşıllar”ın həm gənclər, həm də akademiya komandalarını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM