Bu gün AFFA-nın inzibati binasında Region Liqasının 2022/2023-cü illər mövsümünün püşkü atılacaq.
Tədbir saat 15:00-da təşkil olunacaq.
Həftəsonu start götürməsi nəzərdə tutulan çempionat respublikanın bütün bölgələrini əhatə edəcək.
, yarışda 43 iştirakçı mübarizə aparacaq. Onlardan 16-sı yeni yaranmış komandadır. Bu siyahıda əyalət təmsilçiləri üstünlük təşkil edir.
AFFA-nın yerli İcra Hakimiyyətləri ilə apardığı danışıqlar sayəsində.
Federasiya həm əvvəlki iştirakçıları, həm də debütantları inventarla - toplarla və 2 cüt geyim dəstiylə təmin etməyi öz üzərinə götürüb. Həmçinin bir sıra komandalar aylıq olaraq qurumdan maliyyə dəstəyi alacaq.
Region Liqasının qalibi AFFA tərəfindən mükafatlandırılacaq. Çempiona 10000 manat ödəniləcək. Yarışın finalçısı isə 5000 manat alacaq.
SPORTİNFO.AZ

