"Xan Lənkəran"ın prezidenti yeni yaranan klubun himayədarı oldu?

14 Oktyabr 2022 16:00 Region Liqası 2 070
"Xan Lənkəran"ın prezidenti yeni yaranan klubun himayədarı oldu?

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynovla bağlı yeni iddia var.

Redaksiyamızla əlaqə saxlayan lənkəranlı azarkeşlər Rusiyada yaşayan və biznes fəaliyyət göstərən gənc iş adamının yeni yaranan «Lerik»FK-ya maliyyə dəstəyi verəcəyini bildirib.

Onların deydiinə görə, növbəti mövsümdən etibarən Region Liqasında mübarizə aparacaq klubun əsas himayədarları arasında o da yer alıb

. «Xan Lənkəran» ötən sezon Region Liqasında qüvvəsini sınayıb və finaladək irəliləyib.

Cənubö təmsilçisi cari «futbol ili»ndə I Divizionda yarışmaq niyyəti ilə AFFA-ya çoxsaylı müraciətlər ünvanlayıb, hətta varislik məsələsini gündəmə gətirib.

«Xan»ın təmsilçiləri «Qobustan» başda olmaqla, 5 komandanın onlarla birləşmək barədə məktubunu federasiyaya təqdim edib.

Gəl ki, qurum Pərviz Hüseynovun İstanbulda «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovla görüşməsini, iki klubun birləşməsi yönündə mətbuata verilən açıqlamalardan qeyzlənərək,

«Xan Lənkəran»ın peşəkar statuslu çempionatda iştirakına icazə vermədi. Nəticədə 1 yaşlı cənub klubu Region Liqasında çıxışını dayandırdı və indi yalnız aşağı yaş qrupları üzrə ölkə çempionatında yarışmaqla kifayətlənir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti