Yeni yaradılan «Lerik» FK Region Liqasının 2022-2023 mövsümündə iştirak edəcək.
AFFA cənub təmsilçisinin bununla bağlı müraciətini müsbət cavablandırıb.
Rayonun İcra Hakimiyyəti tərəfindən dəstəklənən komanda artıq seçimlərə başlayıb. Leriklilər bu məqsədlə Lənkərana üz tutub,
«Xəzər Lənkəran»ın adını daşıyan stadionda seleksiya prosesinə start verib. Yaşı 15-dən yuxarı yeniyetmə və gənclər yoxlanışdan keçmək üçün bura dəvət olunub.
Klubun uzunmüddətli inkişaf proqramı hazırlanıb. İlk məqsəd debüt mövsümündə gənclərə üstünlük vermək. 3 il ərzində onları formalaşdırmaqdır. I Divizionda mübarizə aparmaq sonrakı hədəfdir.
Yerli iş adamları da bu yolda komandaya yardımçı olmağı öz üzərinə götürüb.
SPORTİNFO.AZ

