AFFA Region Liqasında çıxış edəcək komandalara pul ödəyəcək – Amma…

10 Oktyabr 2022 11:40 Region Liqası 1 390
AFFA Region Liqasında çıxış edəcək komandalara pul ödəyəcək – Amma…

AFFA-nın baş katibi Sərxan Hacıyev Region Liqasının 2022/23-cü illər mövsümündə iştirakı təsdiqlənən komandaların nümayəndələri ilə zoom platforması vasitəsilə görüş keçirib.

O, yeni sezonda əvvəlki illərlə müqayisədə çox sayda komandanın iştirak edəcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Region Liqasının 2022/23-cü illər mövsümündə 38 kollektiv mübarizə aparacaq. Əvvəlki mövsümlərdə iştirak edən 26 komandaya indi daha 12 debütant qoşulacaq.

Bir neçə iştirakçı AFFA-dan maliyyə dəstəyi alacaq. «Cəbrayıl», «Difai», «Gəncə» və bəzi başqa komandalara hər ay vəsait ödəniləcək.

Amma bu məbləğ bir o qədər çox deyil, cəmi 2000-2500 manat.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti