Azərbaycanda yeni yaranan klubun arxasında kimlərin dayandığı bilindi

4 Oktyabr 2022 16:00 Region Liqası 2 396
Azərbaycanda yeni yaranan klubun arxasında kimlərin dayandığı bilindi

Lerikdə yaradılan eyniadlı yeni klubun dəstəkçiləri məlum olub.

Cənub təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, komandanın maliyyəsi yerli İcra Hakimiyyəti və iş adamları tərəfindən ayrılacaq.

Region Liqasının növbəti mövsümündə debüt etmək istəyən «Lerik»in uzunmüddətli inkişaf strategiyası hazırlanıb və icra başçısı Əkbər Abbasovla razılaşdırılıb.

Bu ilin iyulunda vəzifəyə təyin olunan Ə.Abbasov futbol azarkeşidir.

O, bölgənin ictimai-sosial həyatında fəal iştirak edən bir qrup gəncin irəli sürdüyü təşəbbüsü bəyənib və Lerikdə bu idmanın növnünü dirçəldilməsinə əlindən gələn köməyi göstərəcəyini bildirib.

Komandanın hədəfləri, idarəçiləri, baş məşqçi və digər məsələlərlə bağlı açıqlamalar yaxın günlərdə rəsmən publikaya duyurulacaq.

Cənublular hazırda AFFA-dan gələcək xəbəri gözləyir. Region Liqasında iştirak üçün federasiyaya müraciət edən «Lerik» qeydiyyata alınmasını biləndən sonra ictimaiyyəti bütün planları ilə yaxından tanış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər