AFFA: Gələn çempionatda yeni komandalar çıxış edəcək

3 Oktyabr 2022 10:40 Region Liqası 2 087
AFFA: Gələn çempionatda yeni komandalar çıxış edəcək

Region Liqasının növbəti mövsümü üçün klubların qeydiyyat müddəti başa çatıb.

Bu haqda Sportinfo.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Onun bildirdiyinə görə, oktyabrın 20-dən sonra çempionata start verilməsi planlaşdırılır:

«Yarışda bir sıra yeni komandalar çıxış edəcək. Demək olar hər zonada onları görəcəyik.

Müraciət edənlər çoxdur. Onların qeydiyyatı başa çatsa da, futbolçuların iştirak ərizəsinə daxil edilməsi prosesi hələ gedir».

Digər Xəbərlər
Xəbər Lenti